Emin Ağalarovun qazancı açıqlandı - ŞOK RƏQƏM
21 May 2025, 18:08
Qaynar xətt:
(+99450) 247 90 86Teatrdan qovdular, dəlixanaya düşdü, özünü binadan atdı - Səməndər Rzayevin yadigarını niyə qoruya bilmədik? (VİDEO)
ŞOU-BİZNES
732
05.03.2025, 17:46
Rzayev Rəşid Səməndər oğlu 5 mart 1975-ci ildə Bakıda - məşhur aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Rəşid Səməndər ömrünün sonuna qədər ailə həyatı qurmayıb. O, həm də böyük sənətkar Səməndər Rzayevin oğlu, teatrşünas, jurnalist Rübabə Səməndərin qardaşıdır.
Rəşid 2006-cı ildə Əməkdar artisti fəxri adına layiq görülüb. 2013-cü ildən başlayaraq aktyorun teatrdakı işləri qaydasında getməyib, onun adı teatrdakı qalmaqallarda hallanıb və Rəşid işdən uzaqlaşdırılıb. O, bununla bağlı mətbuata açıqlamasında deyib: “İşdən çıxarılmağımın dəqiq səbəbini bilmirəm, araşdırma aparmaqdan da bezmişəm. Bu teatrdakılar pul üçün, fəxri ad üçün hər şeyə gedən adamlardılar. Əsas gətirdilər ki, biz bu adamdan qorxuruq.
Guya, mən idarə olunmazam, dəliyəm, hirslənirəm, söyüş söyürəm və daha nə bilim nələr. Daha sonra rəhbərlik bildirdi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “g” bəndinə əsasən müqaviləmə son qoyurlar. Kimə də deyirəm, deyirlər, məcəllədə belə bir bənd yoxdur”. Mətbuatda yayılan xəbərlərə görə Rəşid Səməndər bir müddət ruhi dispanserdə yatıb. O, buna görə Akademik Milli Dram Teatrında olan işindən də çıxmaq məcburiyyətində qalıb.
Xalq artisti Ramiz Novruz mətbuata açıqlamasında Rəşid Səməndəri qoruya bilməməsi üçün özünü bağışlamayacağını deyir: "Rəşid Səməndər məşqlərin birində teatrın aktrisalarından biri ilə böyük dava salıb. Əsəbiləşib, aktrisaya ağzından çıxanı deyib. Küçə söyüşləri söyüb. Teatrda da bundan qorxdular. Dedilər, birdən onun əlindən xəta çıxar, nəsə edər. Onun teatrdan çıxarılması buna görə oldu. O, aktyor kimi çox talantlıdır. Nə Nurəddin Mehdixanlı, nə də mən onun oynadığı rolları oynayası deyilik, aramızda yaş fərqi var. O, mənə teatrın Fəzlullah Nəimisi deyirdi. Münasibətimiz də yaxşı idi. Çox təəssüf edirəm ki, mən onu qoruya bilmədim. Bəlkə də həmin vaxt orada olsaydım teatrdan çıxarılmasına mane olardım. Yenə deyirəm, Rəşid çox talantlı aktyordur".
Həmçinin oxuyun
Davamı TV11-in videomaterialında...
21:33 / 21 May 2025
Prezidentin Macarıstana səfəri başa çatdı
1
20:36 / 21 May 2025
Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma aparılır
440
20:17 / 21 May 2025
Azərbaycan idmanına ağır itki
65
20:14 / 21 May 2025
Nuranə qətldən 1 həftə əvvəl Seyidrəsuldan nikah tələb edibmiş
45
20:00 / 21 May 2025
ABŞ Gürcüstana qarşı tədbirləri nəzərdən keçirir
63
19:45 / 21 May 2025
Bu şəxslərin maaşı ARTACAQ
343
19:25 / 21 May 2025
SENSASİYA! İsrail İrana hücum edə bilər – ABŞ-la razılaşdırmadan
42
19:19 / 21 May 2025
Həccə yollanacaq ən gənc və ən ahıl azərbaycanlı zəvvarın yaşı açıqlandı
60
19:15 / 21 May 2025
Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib
38
19:09 / 21 May 2025
Prezidentlərə təqdim olunan yemək menyusu - Foto
67
19:09 / 21 May 2025
Avropa İttifaqı bu ölkəyə qarşı sanksiyaları ləğv etdi
45
18:59 / 21 May 2025
Paşinyan Lavrovla görüşdü
91
18:54 / 21 May 2025
ABŞ Rusiyaya çata bilən nüvə raketini sınaqdan keçirib
50
18:52 / 21 May 2025
Moskvaya PUA hücumu olub
48
18:46 / 21 May 2025
Gənc qadın bir gecədə xarici dili unutdu – Səbəb tibb aləmini heyrətləndirdi
72
18:39 / 21 May 2025
Azərbaycanın 1.8 milyonluq məşhur səhifəsi bağlandı
224
18:35 / 21 May 2025
Öldürülərək Kürə atılan 16 yaşlı Nuranənin toy - Görüntüləri
177
18:26 / 21 May 2025
Bakıda parklanma ilə bağlı YENİLİK
160
18:08 / 21 May 2025
Emin Ağalarovun qazancı açıqlandı - ŞOK RƏQƏM
820
18:00 / 21 May 2025
Bu ərazilərdə 6 saat işıq olmayacaq
209
17:58 / 21 May 2025
Almaniya 14 illik rekord sayda iflasla üzləşib
72
17:51 / 21 May 2025
Atalara verilən ödənişsiz məzuniyyətin ödənişli olması təklif edilib
63
17:44 / 21 May 2025
Rumıniya məhkəməsi Metaya qarşı şikayətə baxacaq
74
17:31 / 21 May 2025
"Azercell"də nə baş verir? Gizlədilən maliyyə hesabatlarının arxasında dayanan sirr
749
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.